Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirildi

20 mart 2014 | 11:00

Martın 19-da Binəqədi rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında reallaşan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir YAP Binəqədi Rayon Təşkilatının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulması ilə başladı. Daha sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tarixinə həsr olunmuş film nümayiş etdirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov təbrik nitqi söylədi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək milli təhlükəsizlik orqanlarının keçdiyi şanlı və şərəfli yoldan danışaraq, Ümummilli lider Heydər Əliyevin rəhbərliyindən sonrakı inkişafı vurğuladı. Natiq milli təhlükəsizlik orqanlarının əməkdaşlarına Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran işlərində uğurlar arzuladı.
Daha sonra tədbir Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin rəisi Faiq Möhbalıyevin milli təhlükəsizlik orqanlarının tarixi və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsi və Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun təbrik nitqi ilə davam etdi.
Sonda, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin rəisi və bir qrup əməkdaşı fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər