Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclərinin I Liderlik Məclisi keçirildi

27 mart 2014 | 11:00

22-26 mart 2014-cü il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Binəqədi – gənclər rayonu” layihəsi çərçivəsində ilk dəfə olaraq “Binəqədi Gənclərinin I Liderlik Məclisi” keçirildi.
Liderlik Məclisinə ərizə qəbulu 25 fevral 2014-cü il tarixdə başlanıldı. Liderlik Məcilisinə Binəqədi rayonunda yaşayan 200-ə yaxın müxtəlif ali məktəblərin tələbələri müraciət etmiş,130 nəfər müsahibə mərhələsinə dəvət edilib və 50 nəfər gənc tədbirdə iştirak hüququ qazanıb.
Layihə müddətində iştrakçılara təlimçi Talıb Bayramovun  təqdimatında “Fərdi inkişaf”, “Natiqlik bacarığı” və “Liderlik” və başqa mövzularda təlimlər keçirildi.
Gənclərin layihə müddətində vaxtlarının səmərəli keçirilməsi üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edildi, “Talant şou”, diskoteka və nağılların müasir üslubda səhnələşdirilməsi kimi əyləncəli oyunlarda iştirakçılar öz istedadlarını və bacarıqlarını nümayiş etdirdi. Qalib gələn layihə iştirakçıları qiymətli hədiyyələr ilə mükafatlandırıldılar.
Liderlik Məclisinin son günündə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov layihə iştrakçıları ilə görüşdü, dəyirmi masa arxasında keçirilən səmimi görüşdə onların sual və təkliflərini dinlədi. Rayon İcra Hakimiyyəti başçısı ölkəmizdə aparılan gənclər siyasətindən danışaraq, cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısını vurğuladı. Natiq çıxışında təhsil, mədəniyyət, idman və bir çox başqa sahələrdə respublikamızda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışaraq, tələbələrə bu şəraitdən səmərəli istifadə etmələrini tövsiyə etdi. Gənclər də öz növbəsində, Liderlik Məclisinin ilk dəfə Binəqədi rayonununda keçirilməsini yüksək qiymətləndirdi, Binəqədi rayonunda “Binəqədi Gəncləri” İctimai Birliyinin yaradılması, “Kitab kafe”nin inşası və bir çox başqa təkliflərlə çıxış etdilər. Görüşün sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər, layihədə uğurla iştrak etdiklərinə görə onlara sertifikatlar verildi.
Binəqədi Gənclərinin I Liderlik Məclisinin bağlanış mərasimində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı keçirildi, atəşfəşanlıq təşkil edildi.

Keçidlər