Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti Novruz bayramı münasibətilə Milli Qəhrəmanların ailələrini təbrik etdi

21 mart 2014 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti rayonda yaşayan Milli Qəhrəman ailələrini Novruz bayramı münasibətilə təbrik etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə misilsiz rəşadət və vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin ailələri mart ayının 19-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tərəfindən evlərində ziyarət olundular. Aygün Əliyeva Milli Qəhrəman ailələrini Novruz bayramı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından təbrik edərək, onlara ən xoş arzularını bildirdi. Bayram hədiyyəsi kimi Novruz nemətləri ilə bəzədilmiş xonçalar Milli Qəhrəmanların ailələrinə təqdim edildi. Görüş zamanı A.Əliyeva vurğuladı ki, vətənin mənafeyini öz canlarından əziz tutan qəhrəman övladları dünyaya gələrkən yalnız öz ailələrinə mənsub olsalar da, göstərdikləri cəsurluq nümunələri ilə bütöv bir xalqın sevimli övladına və qürur mənbəyinə çevrilirlər.
Həyatda olan Milli Qəhrəmanlar və cismani yoxluqları ilə əbədiləşən şəhid Milli Qəhrəmanlarımızın ailələri onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək Binəqədi rayonunda bu diqqətin artıq ənənə halını aldığı vurğuladılar.
Görüşdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Binəqədi Rayon şəbəsinin sədri Füzuli Həsənov da iştirak etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə şəhid, əlil, məcburi köçkün və aztəminatlılardan ibarət ümumilikdə 800-ə yaxın ailəyə humanitar yardım göstərildi.

Keçidlər