Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Novruz bayramı ilə əlaqədar şou proqram və konsert nümayiş olundu

22 mart 2014 | 11:00

Binəqədi rayonunda Novruz bayramı ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun Heydər Əliyev adına istirahət parkında şou proqram və konsert nümayiş olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 19-da keçirilən tədbirdə xaricdən dəvət olunmuş incəsənət ustalarının ifasında nümayiş etdirilən alov şousu rayon sakinlərinin böyük marağına səbəb oldu. Şou proqramda alovdan hazırlanmış müxtəlif səhnəciklər tədbirə xüsusi rəng qatdı.
Tədbirdə rayonun istedadlı gəncləri və respublikanın tanınmış müğənnilərinin ifasında konsert proqramı göstərildi.
Bayram tədbirinin gedişində xaricdən dəvət olunmuş incəsənət ustaları canlı heykəllər nümayiş etdirdilər. Yaşayan heykəlləri sakinlər, xüsusilə azyaşlılar böyük maraqla qarşıladı.
Tədbirin sonunda bayram atəşfəşanlığı keçirildi.

Keçidlər