Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda daha bir xeyirxahlıq aksiyası

28 mart 2014 | 11:00

Martın 19-da 8-ci mikrorayonda Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 72 saylı Mənzil İstismar Sahəsinin (MİS) xidməti ərazisində müasir tələblərə cavab verən 250 yerlik əhalinin kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri – İlqar Süleymanov, Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və RİH başçısı Aparatının məsul işçiləri iştirak edirdi.
Tədbir çərçivəsində Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə məcburi köçkün, aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 10 uşaq üçün sünnət mərasimi təşkil edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başmısının müavini Vüsar İsmayılov məclis iştirakçılarını yeni tikilmiş əhalinin kütləvi tədbirlər evinin istifadəyə verilməsi və Novruz bayramı münasibətilə təbrik etdi, son illər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açdı.
YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri Məlahət İbrahimova çıxışında Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə həyata keçirilən bu humanitar aksiyanın sakinlərə göstərilən hərtərəfli qayğının bariz nümunəsi olduğunu bildirdi.
Tədbirdə çıxış edən sakinlər çıxışlarında son iki ildə rayonda həyata keçirilən irimiqyaslı təmir-tikinti işlərini, ümumilikdə Rayon İcra Hakimiyyətinin əhaliyə göstərdiyi hərtərəfli qayğını yüksək dəyərləndirdiklərini diqqətə çatdırdılar.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər