Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məcburi köçkünlər tibbi müayinədən keçirildi

31 mart 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar Binəqədi rayonunda operativ tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində martın 30-da Binəqədi rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər tibbi müayinədən keçirildi. Bir qayda olaraq əhali müayinədən keçmək üçün tibb müəssisələrinə üz tutsa da, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə rayonun 2 saylı Evtikmə kombinatının və Rabitəçi pansionatının ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yerindəcə tibbi müayinədən keçirildi. Tədbir zamanı 241-i uşaq olmaqla ümumilikdə 577 nəfər tibbi müayinədən keçirildi.
Sakinlər tibbi müayinə prosesindən razılığını bildirdi və tibb müəssisələrinə getmədən məskunlaşdıqları ərazidə müayinədən keçmələrini təmin etdiyinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər