Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində mart ayı ərzində aparılmış abadlıq-quruculuq işləri

02 aprel 2014 | 10:00

Binəqədi rayonu ərazisində 2014-cü ilin mart ayı ərzində 274 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 262 p/m su xətti dəyişdirilib.
422 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 34 p/m kanalizasiya xətti dəyişdirilib, 7 ədəd lük quraşdırılıb, 3550 p/m kanalizasiya xətti simlə təmizlənib və 690 p/m kanalizasiya xətti maşınla təmizlənib.
Binəqədi QİS ərazisində ümumilikdə 3191 p/m qaz xətti çəkilib, 146 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda yaşayış binalarının istilik xəttində dik dayaqlarda 34 metr  boru bərpa olunub, 43 m boru  dəyişdirilib, 8-ci mikrorayonda 50 m boru bərpa edilib, 23 m boru dəyişdirilib, Ş.Rəhimov, A.Gəraybəyli, Hacıbababəyov, Naxçıvani, S.S.Axundov və C.Hacıbəyli küçələrində 85 m boru bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-9-da 1 ədəd 630 kv-luq transformator, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400kv-luq transformator dəyişdirilib, KTM-840-da təmir işləri aparılıb, KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib.
9-cu mikrorayonda və Z.Əliyeva adına parkda 94 ədəd yarasız lampa, 20 ədəd drossel, 120 m yanmış kabel, Biləcəri və Binəqədi qəsəbələrində 37 ədəd yararsız lampa, 21 ədəd drossel, 80 m yanmış kabel, 6-cı mikrorayonda 21 ədəd yararsız lampa, 6 ədəd drossel, 35 m yanmış kabel, 7-ci mikrorayonda 27 ədəd yararsız lampa, 9 ədəd drossel, 35 m yanmış kabel, 8-ci mikrorayonda 34 ədəd yararsız lampa, 6 ədəd drossel, 80 m yanmış kabel, Sulutəpə yaşayış sahəsində 45 m yanmış kabel, 11 ədəd drossel və 22 ədəd yararsız lampa dəyişdirilib.
15/5 saylı binaya yeni kabel xətti çəkilib (L=65 m), TM-544, 764, 735 və 741-də avadanlıqlarla təftiş olunub.
15 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
Yaşayış binalarının 6 girişində təmir işləri aparılır.
2 binada 1210 kv.m yumşaq dam örtüyü təmir edilib.
8-ci mikrorayonda 5 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
5 binanın həyətində abadlıq işləri aparılır.
1 binanın həyətində əhalinin kütləvi tədbirlər evinin yenidən qurulması işləri davam etdirilir.
Ay ərzində Rayon MKTB tərəfindən 4000 kv.m asfalt örtüyü çəkilib.
Bundan əlavə rayon ərazisində yaz-yay mövsümünün gəlişinə hazırlıqla bağlı yeni ağaclar əkilib, təmizlik işləri aparılıb, gül və çiçəklərə qulluq edilib.

Keçidlər