Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə martda daxil olan müraciətlər

03 aprel 2014 | 10:00

2014-cü ilin mart ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sayı 2609, cavablandırılmış zənglərin sayı 2141, birbaşa cavablandırılmış zənglərin sayı 1713,  yaradılmış əks əlaqələrin sayı  549, 1 operator üzrə zənglərin orta sayı 81, tərtib edilmiş şikayət vərəqələrinin sayı 428 olub. Bundan əlavə icraçılıq səviyyəsi 97,2 %, xidmət səviyyəsi  95,8 % olub.
Şikayət xarakterli müraciətlərin 416 və ya 97,2 %-nin icrası təmin edilib, o cümlədən 378-i və ya 90,9 %-i tam həll olunub, 1-i və ya  0,2 %-i qismən həll edilib,  35-i şikayət və ya 8,4-i  % müvafiq izahat verilərək həll edilib, 12 -i və ya 0,2 %-nin həlli icraatdadır.
Mart ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 153-ü və ya 35,7 %-i  su-kanalizasiya, 127-si və ya 29,7 %-i qaz təchizatı, 18-i və ya 4,2 %-i elektrik enerjisi, 54-ü  və ya 12,6 %-i lift problemləri, 17-i və ya 4 %-i yolların yararsız olması, 18-i və ya 4,8 %-i istilik təchizatı, 15-i və ya 3,5 %-i zibil və tullantılar ilə əlaqədar, 26-ı və ya 6,1 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

Keçidlər