Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi keçirildi

05 aprel 2014 | 10:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən 04 aprel 2014-cü il tarixdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi keçirildi.
     Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov,  Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin hərbi çağırış şöbəsinin rəisi Rövşən Ədilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gənclərin çagırışaqədərki hazırlığı və fiziki tərbiyə fənni üzrə metodisti Rövşən Qasımov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov iştirak ediblər.
     Tədbirdə 32 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibində 5 oğlan və 2 qız olmaqla 224 nəfər, 7-8–ci sinif şagirdi və məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri də iştirak edib.
Oyun aşağıdakı mərhələlərdə keçirilib:
1. Sıra hazırlığı
2. Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması
3. Körpünün (taxta) üstündən keçməklə xəndəyin dəf olunması
4. Kəndir vasitəsi ilə “təhlükəli zolağın” qət olunması
5. Kəndir vasitəsi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə
6. Yerlə sürünməklə maneənin dəf olunması
7. İstehkamda yerləşərək hədəfə “qumbara” atmaq
8. “Zəhərli zona”nın dəf olunması
9. “Yaralının” döyüş zonasından çıxarılması
10. Turist çadırının qurulması
Yarışın nəticələrinə görə 157 saylı tam orta məktəbin komandası birinci, 182 saylı tam orta məktəbin komandası ikinci, 248 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldü.

Keçidlər