Binəqədi rayonunda “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda tədbirlərə başlanıldı
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və HB Co.LTD –nin birgə təşkilatçılığı ilə Binəqədi rayonu üzrə orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar-müsabiqəyə start verildi.
Seminar-müsabiqə çərçivəsində ilk açılış tədbiri Binəqədi rayonu 276 saylı orta məktəbdə keçirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov qonaqları təqdim etdi, tədbirlər çərçivəsində Binəqədi rayonu üzrə 32 məktəbi əhatə edəcək 7 seminarın keçiriləcəyini bildirərək tütün, alkoqol və digər zərərli vərdişlərin gənclərin sağlamlığına müxtəlif dərəcəli ziyan vurduğunu qeyd edib.
Tədbirdə çıxış edən Narkomaniyaya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov dövlət tərəfindən bu istiqamətdə görülən işlərdən, narkomaniyanın böyük bəla olduğunu və bu istiqamətdə respublikamızda Dövlət Proqramının qəbul edildiyindən və onun icrasından danışdı.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək gənclərin asudə vaxtının səmərəli təşkilinin vacibliyini qeyd etdi, gəncləri tütün, alkoqol və digər zərəli vərdişlərdən uzaq olmağa və daha çox yaradıcılıqla məşğul olmağa səslədi. O gəncliyin sağlam əsaslar üzərində böyüməsinin vacibliyini vurğuladı.
Tədbirin təşkilatçılığına görə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirən HB.Co.LTD - nin baş direktoru Hikmət Butayev gəncləri tütün, alkoqol və narkomaniya kimi sosial bəladan uzaq olmağa səslədi. O qeyd etdi ki, gəncliyin üzərinə böyük bir məsuliyyət – işğal altında olan torpaqlarımızın azad edilməsi düşür və buna görə də gənclər sağlam böyüməli və məsuliyyətli olmalıdırlar.
Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin nümayəndəsi Buludxan İsayev orta məktəblərdə bu sahədə iş planlarının hazırlandığını və icrasından danışdı. O tütün, alkoqol və narkomaniyaya qarşı mübarizədə məktəbin ailə ilə birgə çalışmasının vacibliyini vurğuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Binəqədi rayou üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırdı, “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışdı. O bildirdi ki, dünya miqyasında narkotiklərin qarşısının alınmasına milyonlarla dollar vəsait xərcləndiyinə baxmayaraq, təəssüf ki, bu bəlaya düçar olan şəxslərin sayı artır. “Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin üzləşdiyi problemlər və əsasən də keçid dövrü ölkəmizdə də bu bəlanın yayılmasına gətirib çıxardıb. Bu gün narkomaniyaya qarşı ümumilli lider Heydər Əliyevin dövründə başlanan mübarizə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir, gənclərin sağlam böyüməsi üçün dövlət müxtəlif proqramları qəbul edilir” – deyə o bildirdi.
Gələcəyin sağlam gənclərdən ibarət olmasının vacibliyini qeyd edən Aygün Əliyeva narkomaniya, tütün və alkoqola aludəçiliyin qarşısının alınması işində təkcə dövlətin deyil, eləcə də cəmiyyət və bütün sosial institutların öz töhfələrini verməli olduqlarını bildirdi. O Binəqədi rayonunda bu istiqamətdə sosial və humanitar layihələrin davam edəcəyini vurğuladı.
Sonra tədbir layihənin informatorları olan Nahidə Mahmudova və Şəhriyar Səmədzadənin təqdimatında tütün və alkoqolun insan sağlamlığına zərəri haqqında müxtəlif slaydların göstərilməsi ilə davam etdirildi.