Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən 11 aprel 2014-cü il tarixdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad ibrahimov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənni üzrə metodisti Rövşən Qasımov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Şahin Ağayev iştirak etdilər.
Tədbirdə 32 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 17 nəfər (13 oğlan, 4 qız) olmaqla 544 nəfər 10-11-ci sinif şagirdi və məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri də iştirak edirdi.
Tədbirdə çıxış edən Q.Bayramov, M.Qurbanov, Z.Əhmədov, T.Hətəmov və R.Qasımov vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi, yeniyetmə və gənclərin dövlətçiliyə sədaqət, Vətənə bağlılıq ruhunda formalaşması baxımından belə idman oyunlarının əhəmiyyətindən danışdılar.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual mövzulardan biri olduğunu bildirdi. O, öz qətiyyəti və əzmkarlığı ilə Azərbaycanı bir dövlət kimi beynəlxalq arenada tanıdan böyük siyasi xadim, müdrik rəhbər Heydər Əliyevi həm də vətəninə qəlbən bağlı böyük vətənpərvər olduğunu diqqətə çatdıraraq Ulu Öndərin hər bir azərbaycanlı üçün örnək olduğunu vurğuladı. A.Əliyeva Azərbaycanın sabitlik və inkişafının qarantı olan Prezident İlham Əliyevin şəxsində vətənpərvər dövlət başçısının ətrafında vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu həm də bir mənəvi vəzifə kimi səciyyələndirdi.
Tədbirdə 32 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 17 nəfər (13 oğlan, 4 qız) olmaqla 544 nəfər 10-11-ci sinif şagirdi və məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri də iştirak edirdi.
Oyun sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və sanitarların yarışı mərhələlərində keçirildi.
Hərbi idman oyunu yarışının nəticələrinə görə Binəqədi rayonu 100 saylı tam orta məktəbin komandası birinci, 182 saylı tam orta məktəbin komandası ikinci, 299 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldü.