Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsinə yeni nümayəndə təyin edildi

12 aprel 2014 | 10:00

11 aprel 2014-cü il tarixdə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində yeni təyin edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təqdim edildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Cəfərov, 2 saylı saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, Binəqədi, Biləcəri, M.Ə.Rəsulzadə qəsəbələri üzrə icra nümayəndələri, Mənzil Kommunal İstismar Sahələrinin rəisləri və digər məsul şəxslər iştirak edirdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək Rayon İcra Hakimiyyəti başçısının 9 aprel 2014-cü il tarixli 39 saylı əmri ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə Aytac Pərviz qızı Əliyevanın təyin olunduğunu bildirdi. Yeni  təyinatın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarında gənclər siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğunu qeyd etdi.
Rayon İcra Hakimiyyəti başçısının müavin Aygün Əliyeva  çıxış edərək yeni təyin olunmuş 2 saylı SİƏD üzrə nümayəndə Aytac Əliyeva  haqqında geniş məlumat verdi və gələcək işlərində Aytac Əliyevaya uğurlar arzuladı.
Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva da öz növbəsındə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova minnətdarlığını bildirdi və ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacağını vurğuladı.
Sonda İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Aytac Əliyevaya uğurlar arzuladı və Mənzil Kommunal İstismar Sahələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Keçidlər