Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ali təhsil ocaqları ilə ümumtəhsil məktəbləri arasında qarşılıqlı əməkdaşlığın inkişafı” mövzusunda tədbir keçirildi

14 aprel 2014 | 10:00

Aprelin14-də Binəqədi rayonu 135 saylı tam orta məktəbdə “Ali təhsil ocaqları ilə ümumtəhsil məktəbləri arasında qarşılıqlı əməkdaşlığın inkişafı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı, Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, həmçinin rayonun tam orta məktəblərinin 11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbir Xəzər Universitetinin təqdimatını əks etdirən videoçarxla başladı.
Sonra tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva respublikamızda təhsilə göstərilən dövlət qayğısından danışaraq, Binəqədi rayonunda təhsilin səviyyəsindən, qazanılan nailiyyətlərdən söz açdı.
Daha sonra çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı 11-cilərə tələbə qəbulu qaydaları və ixtisas seçimi ilə bağlı ümumi məlumat verdi. Diskussiya ilə davam edən çıxışda natiq şagirdlərlə təcrübəsini bölüşdü, onlara öz tövsiyələrini verdi.
Tədbir “Xəzər” rok qrupunun konsert proqramı ilə yekunlaşdı.

Keçidlər