Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Zərifə Əliyevanın xatirəsi anıldı

16 aprel 2014 | 10:00

Aprelin 15-də Binəqədi rayonunda Azərbaycanda Oftolmologiya elminin inkişafında müstəsna xidmətləri olan,  görkəmli alim akademik Zərifə Əliyeva yad edildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın qadın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Məlahət İbrahimova, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Anım tədbirində Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına parkda alimin abidəsi önünə gül dəstələri düzüldü, onun xatirəsinə dərin hörmət və ehtiram bildirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş aksiyaya start verildiyi barədə rayonun ziyalı xanımlarına məlumat verdi. Aygün Əliyeva Binəqədi rayonu sakinləri olan 6-9 yaş arası, görmə qabiliyyəti zəif uşaqlar üçün təhsil aldıqları məktəblərdə səyyar tibbi briqadalar şəklində təşkil olunacaq aksiya ilə əlaqədər məktəb direktorlarına müvafiq tapşırıqlarını verdi. Aksiya 15-30 aprel tarixləri arasında keçiriləcək.
Zərifə xanımın fitri istedada malik novator alim kimi elmə verdiyi töhfələr, həmçinin onun mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi şərəfli və mənalı ömür yoluna nəzər saldıqda gözlər önündə onun simasında əsl Azərbaycan qadınının obrazı canlanır. Dəyərli elmi tədqiqatları ilə Oftolmologiya elmində əldə etdiyi uğurlar elm adamları arasında onu həm də fədakar alim kimi tanıtmışdır. Oftolmologiya elminin dünyaşöhrətli simaları tərəfindən “oftolmologiyanın mirvarisi”, “böyük professional” adlandırılan, nəciblik və paklıq timsalı kimi səciyyələndirilən Zərifə Əliyeva məşhur alim, tanınmış həkim, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olmaqla yanaşı həm də xalqının adını yüksəklərə qaldıran ləyaqətli övlad, ölkəsi üçün layiqli vətəndaş idi.

Keçidlər