Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2014-cü ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

18 aprel 2014 | 10:00

17 aprel 2014-cü ildə Binəqədi rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafın yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında birinci rübün yekunları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr də müzakirə edildi.
Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə güllərin qoyulması və Ulu Öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlandı.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqi söyləyərək  gündəlikdə duran məsələləri elan etdi.
RİH başçısı çıxışında Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirtdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cari ilin ilk rübünün də ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını bildirdi. X.İsgəndərov dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlaması dövlət başçısının yürütdüyü siyasətin məntiqi nəticəsi  kimi səciyyələndirdi.
RİH başçısı hesabat dövründə Binəqədi rayonunda yeni iş yerləri və müəssisələr yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsi, rayona daha çox investisiya qoyulmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və maddi rifahının artmasına nail olunduğunu diqqətə çatdırdı.
Hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış etdi. Sənaye sahəsində 2014-cü ilin yanvar-mart aylarında 23 mln 342 min manatlıq və ya keçən ilin müvafiq dövründən 7,5% çox sənaye məhsulu istehsal edildiyi və xidmətlərin göstərildiyi, rüb ərzində sənaye müəssisələrində 7334 nəfər işlədiyi, bunun da keçən ilin müvafiq dövründən 30,0% çox olduğu, istehlak bazarında müsbət irəliləyişlərin əldə edilməsi, əmək haqqının keçən ilin müvafiq dövrünə nisbətən 8,3% artaraq, 387,6 manata çatması, rayonda 1158 yeni daimi iş yerinin açılması kimi rayonun sosial-iqtisadi göstəricilərini özündə ehtiva edən məlumatlar məruzədə öz əksini tapdı.
Rayon təsərrüfatının 2014-cü ilin yaz-yay mövsümünə hazırlığı ilə əlaqədar görülən işlər barədə Rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov məlumat verdi.
Hesabat iclası Binəqədi Rayon Su-Kanal Departamentinin rəisi Əhliman Mansurov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyevanın çıxışları ilə davam etdi.
Şura qərarının oxunuşundan sonra müzakirələrə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurdu.

Keçidlər