Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Qan Ver, Həyat Xilas Et!” şüarı altında qanvermə aksiyası keçirildi

18 aprel 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar Binəqədi rayonunda daha bir aksiya həyata keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda “Qan Ver, Həyat Xilas Et!” şüarı altında kütləvi qanvermə aksiyası keçirildi. Bu aksiya həm də 17 aprel Ümumdünya Hemofiliya Gününə təsadüf etdi.
Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşları və eyni zamanda YAP Binəqədi Rayon Təşklilatının ərazi-ilk partiya təşkilatının üzvləri, Binəqədi Rayon Gənclər və İdman İdarısinin əməkdaşları və rayon sakinləri iştirak etdi. Aksiya iştirakçıları qanvermədən öncə həkim müayinəsindən keçirildi, tibb işçilərinin razılığından sonra qan verdilər.
“Qan Ver, Həyat Xilas Et!” şüarı altında keçirilən kütləvi qanvermə aksiyasında iştirak edənlər bu humanist tədbirin mühüm əhəmiyyət kəsb etdiyini, xüsusilə də hemofiliya və talassemiya xəstəliyi daşıyıcılarının şəfa tapması istiqamətində mühüm insanlıq aksiyası olduğunu qeyd etdilər.
Aksiya könüllüdür. Yaşı 18-dən yuxarı, səhhətində problem olmayan, qanla keçə biləcək yolxucu xəstəliklərin daşıyıcısı olmayan istənilən şəxs aksiyada iştirak edə bilər. Aksiyanın keçirilməsində əsas məqsəd müxtəlif növ irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusilə də uşaqlara dəstək nümayiş etdirmək və cəmiyyətin diqqətini onlara yönəltməkdən ibarətdir.
Qanvermə aksiyasında iştirak edənlər bir sıra qan xəstəliklərinin müalicəsində qanköçürmə prosesinin vacibliyini xatırladaraq, belə tədbirlərin əhəmiyyətindən danışdı və vətəndaşları da bu humanist aksiyada iştirak etməyə səslədilər.
Qanvermə aksiyasının iki gün – 17-18 aprel tarixlərində keçirilməsi nəzərdə tutulub.

Keçidlər