Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon gənclərinin hərbi xidmətə yolasalma mərasimi keçirildi

19 aprel 2014 | 10:00

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2014-cü il 04 mart  tarixli 304 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 31 mart tarixli 68 nömrəli  sərəncamına və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə 18 aprel 2014-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmanlar abidəsinin önündə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin hərbi xidmətə həvəsləndirilməsi və onların mənəvi-psixoloji durumunun yüksəldilməsi olduğunu bildirdi.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru və Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov dövlətimizin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışdılar.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov da gəncləri təbrik edərək ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş milli qəhrəmanların göstərdiyi şücaətlərdən nümunə götürməyi tövsiyə etdi.
Hərbi xidmətə yola düşən gənclər adından çıxış edən Orxan Namazov, Kazım Zeynallı və onların valideyinləri Pakizə Məmmədova, Mehman Məsimov qeyd etdilər ki, artıq bütün valideynlər öz övladlarını ürəklə nizami ordularımızda xidmət etməyə göndərə bilirlər. Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində ölkəmizdə sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, ordu quruculuğu da mühüm amillərdən biri hesab olunur.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək bu cür tədbirlərin yeniyetmə və gənclərin vətənə sadaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Bədii hissədə çıxış edən rayonun 135 saylı tam orta məktəbinin şagirdi Əli Bayramov, 244 saylı tam orta məktəbin şagirdi Pərvin Əlili və 300 saylı tam orta məktəbin şagirdi Elvin Nəsibzadə gitarada “Ana əsgər gedirəm” mahnısını ifa etdilər. Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov isə vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi.
Tədbirin sonunda Dövlət Bayrağının altından keçib müqəddəs Qurana and içən  gənclər Böyük Vətən Müharibəsi Veteranları ilə görüşüb həqiqi hərbi xidmətə yola salındılar.

Keçidlər