Şriftin ölçüsü :

Saytın rəngi :

102 saylı Mənzil-Kommunal İstismar sahəsinin inzibati binasında “Açıq qapı” vətəndaş forumu keçirildi

20 aprel 2014 | 10:00

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına müvafiq olaraq Binəqədi rayonunda bu istiqamətdə işlər həyata keçirilməkdədir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Bu görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır.
Binəqədi rayonunda artıq mütəmadi xarakter almış  belə görüş və tədbirlər sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması baxımından səmərəli vasitələrdən biridir. Görüşlər zamanı sakinləri narahat edən problemlər onların özləri tərəfindən səsləndirilir, digər tərəfdən sakinlər yaşadıqları ərazidə öz problemlərini aidiyyəti qurumlara çatdırmaq imkanı qazanırlar. 
18 aprel 2014-cü il tarixdə 102 saylı Mənzil-Kommunal İstismar sahəsinin inzibati binasında növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, habelə sakinlər iştirak etdilər. Görüşdə sakinləri narahat edən problemlər dinlənildi. Həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə RİH başçısı tərəfindən yerindəcə tapşırıqlar verildi, bir qisminin həlli isə nəzarətə götürüldü.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi rayonun müxtəlif ərazilərində davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər