Şriftin ölçüsü :

Saytın rəngi :

18 Aprel-Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə məktəblilər üçün ekskursiya təşkil edildi

21 aprel 2014 | 10:00

19 aprel 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti,  Rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “18 Aprel-Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə “Şəhər tur”u avtobusunda rayon məktəblilərinin ekskursiyası təşkil olundu. Əsas məqsəd məktəblilərin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi idi.

Ekskursiyanın qeyri-adiliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə ölkəmizə gətirilmiş “Şəhər tur”u üstüaçıq avtobuslarında təşkil edilməsində idi.
Ekskursiya turuna Binəqədi rayon Heydər Əliyev adına istirahət parkından start verildi. Tur zamanı məktəblilər Bakı şəhərinin bir sıra görməli yerləri və tarixi abidələri-Azadlıq Meydanı, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, Four Seasons Oteli, Filarmoniya Bağı, Alov qüllələri (Flame Towers), Dağüstü Park, Bəhram Gur heykəli, Azərbaycan Dövlət Bayrağı Meydanı, attraksion-panoram, Azneft Meydanı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Muzey Mərkəzi, 7 Gözəl fəvvarəsi ilə tanış oldular və onlar haqqında ətraflı məlumat əldə etdilər.
Ümumilikdə ekskursiyada 60 nəfər məktəbli iştirak etdi. Tur başa çatdıqdan sonra məktəblilər üçün Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında yerləşən kafedə çay süfrəsi təşkil edildi.

Keçidlər