Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlar ölmür! - yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi”layihəsinin açılışı oldu

23 aprel 2014 | 10:00

“Azərbaycanın milli qəhrəmanlarının tanıdılması, onlar haqqında olan məlumatların ictimaiyyətə, eləcə də yeniyetmə gənclərə çatdırılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəhrəmanlar ölmür! - yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi” layihəsi reallaşdırıldı.
Layihə çərçivəsində Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatlar əldə edilmiş, “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikasının Qanunu çap olunmuş, həmçinin təqvimlər hazırlanmışdır.
Layihənin açılış tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə layihə rəhbəri Aytac Əliyevanın təqdimatında 22 aprel 2014-cü il tarixində Binəqədi rayonunda yerləşən Milli Qəhrəmanlar bağında keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirdi ki, Binəqədi rayonunda milli qəhrəmanlara, Qarabağ müharibəsi veteranlarına və ümumiyyətlə döyüş zamanı şücaət göstərən bütün Azərbaycan oğul və qızlarına verilən dəyər göz önündədir.
Bundan əlavə, Milli Qəhrəman Allahverdi Bağırovun anım tədbiri keçirildi, ailə üzvlərindən qızı Aynur Bağırova və bacısı Svetlana Bağırova, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin sədr müavini Əbdül Səfabəyli, Veteranlar Şurasının sədri Telman Hətəmov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri İlham Qayıbzadə çıxış edərək milli qəhrəman haqqında öz xatirələrini danışdılar. 
Tədbirin sonunda Binəqədi rayonu 135 saylı məktəbin 8-ci sinif şagirdi Əli Bayramov gitarada hərbi-vətənpərvərlik mövzusunda mahnılar ifa etdi.

Keçidlər