Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Məktəb -Valideyn -Cəmiyyət” mövzusunda seminar keçirildi

24 aprel 2014 | 10:00

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 299 saylı tam orta məktəbdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə “Məktəb -Valideyn -Cəmiyyət” mövzusunda seminar keçirildi.
Seminarda 299 saylı tam orta məktəblə yanaşı 276, 284, 313 və 99 saylı tam orta məktəblərin Valideyn-Müəllim Assosiasiyalarının rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan direktor Solmaz Kazımova  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının 299 saylı məktəbdəki fəaliyyətindən və valideyn-məktəb əlaqələrinin qurulması istiqamətində gördüyü işlərdən danışdı.
Daha sonra valideyn-məktəb əlaqələrinin müntəzəm qurulmasına diqqət çəkən Valideyn –Müəllim Assosiasiyası İctimai birliyinin baş eksperti Şahin Rəcəbov  seminarın əhəmiyyətindən,  qarşılıqlı əlaqələrin inkişafından və bu ünsiyyətin təlim-tədrisin keyfiyyətinə təsirindən bəhs etdi. Təhsil ocağının fəaliyyəti, məktəbdə təşkil olunan müxtəlif səviyyəli tədbirlərdə valideynlərin iştirakının səmərəsini diqqətə çatdıran Ş. Rəsəbov belə seminarların mütəmadi keçirilməsinin vacibliyini vurğuladı, Binəqədi Rayon İcra Hakimiyyətinə tədbirin təşkilinə göstərdiyi  köməyə görə minnətdarlığını bildirdi.
Daha sonra çıxış edən Binəqədi RİH başçısı Aparatının məsul işçisi Seymur Hacıyev belə seminarların  keçirilməsinin məktəblə valideyn arasında bir körpü rolunu oynadığını, bu istiqamətdə görülən işlərə müsbət təsir göstərəcəyini dedi.
Seminarın sonunda müəllimlər, valideynlər və şagirdlər müxtəlif təkliflərlə çıxış etdilər.

Keçidlər