Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda növbəti əmək yarmarkası keçirildi

25 aprel 2014 | 10:00

Aprelin 24-də Binəqədi rayonunda səyyar əmək birjası təşkil olundu.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə keçirildi.
8-ci mikrorayon, İ.Dadaşov küçəsi 3158/3156 ünvanında yerləşən Bakı Tennis Akademiyasının binasında baş tutan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Bakı şəhər Məşğulluq İdarəsinin rəisi Yusif Xəlilov, Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun “İlk addım” layihəsinin təşəbbüsçüsü Şəhriyar Möhsümov və işaxtaran vətəndaşlar iştirak etdilər.
Tədbirdə 11 müəssisənin nümayəndəsi iştirak etdi və işaxtaranlar onlarla canlı təmasda oldular.
Tədbirin təşkilində məqsəd işaxtaran vətəndaşları, xüsusilə gənclərin ixtisasları üzrə əmək bazarında mövcud vəziyyətlə tanış etmək, Rayon Məşğulluq Mərkəzinə daxil olmuş vakansiyalar barədə onları məlumatlandırmaq, həmçinin sahibkarlara, iş adamlarına kadr seçimində köməklik göstərməkdən ibarətdir.
Əmək birjasında işaxtaran vətəndaşlara müasir texnologiyalar əsasında Binəqədi rayonu ərazisində mövcud olan vakant iş yerləri, həmçinin  peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar təqdim edildi.
Ümumilikdə, əmək birjasına Binəqədi rayon Məşğulluq Mərkəzinin lokal kompyuter şəbəkəsində mövcud olan 86 müəssisədən daxil olmuş 802 boş (vakant) iş yerləri çıxarıldı. Onlardan 29 dövlət müəssisələrindən 321 vakansiya, 56 qeyri-dövlət müəssisələrindən 474 vakansiya, 1 xarici şirkətdən 7 vakansiya oldu.
Monitorla təchiz olunmuş səyyar əmək birjasının avtobusu vakansiyalar barədə məlumatı və Dövlət Məşğulluq Xidmətinin video çarxını yayınladı.
Səyyar əmək birjasına işaxtaran vətəndaşlardan 134 nəfər müraciət etdi, onlardan  37 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verildi. 8 nəfər Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan peşə kurslarına cəlb olunmaq üçün qeydiyyatdan keçdi. Müxtəlif peşələr və ixtisaslar üzrə təqdim olunan vakansiyalarda əmək haqqı 115-600 manat təşkil edirdi.

Keçidlər