Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirildi

29 aprel 2014 | 10:00

Aprelin 28-də Binəqədi rayonunda görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, rayonun idarə, müəssisə və icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə əsl Azərbaycan qadını üçün örnək sayılan Zərifə xanımın onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, görkəmli alimin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi  ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan danışdı, onu istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Natiq XX Azərbaycan elminin böyük simalarından olan Z.Əliyevanın həm də öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi lider bəxş etdiyini vurğuladı.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdi. O həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimi insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onu öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Zərifə xanımı bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını qeyd etdi.
YAP Qadınlar Şurasının sədri Nurlanə Əliyeva çıxışında Zərifə xanımı ictimai fəallığı ilə həkim peşəkarlığını özündə birləşdirən və bu xüsusiyyətləri xalqına xidmət göstərən ictimai xadim kimi səciyyələndirdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın əziz xatirəsinin daim qəlblərdə yaşadığını və nəcib keyfiyyətlərinin könüllərdə ona əbədiyaşarlıq qazandırdığını qeyd etdi.
Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında səslənən musiqi parçaları tədbiri daha təsirli və yaddaqalan etdi.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış oldular.

Keçidlər