Binəqədidə “Gənclərimiz insan alverinin qurbanına çevrilməsin” mövzusunda konfrans keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərimiz insan alverinin qurbanına çevrilməsin” mövzusunda konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki, qlobal dünyada cinayətkarlığın artması, bu cinatyətkarlığın təhlükəli növlərindən biri olan insan alveri cinayətinin bütün dövlətlərdə mövcudluğu və yaş həddi olmadan bütün cəmiyyət üzvlərini əhatə etməsi təhlükəli haldır. Ramiz Göyüşov gəncləri bu problemlə bağlı ayıq olmağa səslədi.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı, polkovnik Fuad Əliyev bildirdi ki, insan alverinin qurbanları üçün müvafiq sığınacaqlar yaradılıb və Qaynar Xətt fəaliyyət göstərir. O insan alverinin qurbanına çevrilən şəxslər haqda danışdı və bir qayda olaraq bu şəxslərin xaricdə yaşamaq, işləmək, ailə həyatı qurmaq adı altında aldadılaraq xaricə aparıldığını qeyd etdi.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin koordinatoru Səltənət Məmmədova çıxış edərək qeyd etdi ki, insan alveri milyardlarla dollar gəlir gətirir və bu cinayətin silah və narkotik alveri ilə bərabər səviyyədə olduğunu bildirdi.
Daxili İşlər Nazirliyi Qaynar Xətt Xidmətinin direktoru Günay İbrahimova çıxış edərək Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin tərkibindəki 152 telefon nömrəli Qaynar Xətt xidmətindən danışdı və bildridi ki, xidmət 2007-ci ildə yaradılıb və 2008-ci ildən fəaliyyətə başlayıb.
Sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Ruxsarə Axundova qeyd etdi ki, Mərkəz 2007-ci ildə yaradılıb, 2009-cu ildə isə fəaliyyətə başlayıb. O, mərkəzin insan alverinin qurbanlarına yardım etməsi istiqamətində fəaliyyətindən danışdı.
Tədbirə yekun vuran Binəqədi Rayon İcra Hakimiyyəti başçısınının birinci müavini İlqar Süeymanov bildirdi ki, dünya üzrə interqarsiya prosesləri bir vaxtlar bizlər üçün yad olan ünsürlərin cəmiyyətə daxil olmasına gətirib çıxardır. O qeyd etdi ki, insan alveri ilə yanaşı bu gün dövlətimiz üçün narahatlıq mənbəyi olan problemdən biri də dini təriqətlərlə bağlıdır. Belə halların baş verməməsi üçün cəmiyyətdə maarifləndirici tədbirlər görülməlidir. Belə maarifləndirici tədbirlərin Binəqədi rayonunda mütəmadi olaraq keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.