Sakinlərin Müraciət Xidmətinə aprel ayında daxil olan müraciətlər
2014-cü ilin aprel ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sayı 2583, cavablandırılmış zənglərin sayı 2423, birbaşa cavablandırılmış zənglərin sayı 1935, yaradılmış əks əlaqələrin sayı 630, 1 operator üzrə zənglərin orta sayı - 81, tərtib edilmiş şikayət vərəqələrinin sayı 488 olub. Bundan əlavə icraçılıq səviyyəsi 97,7 %, xidmət səviyyəsi 98,8 % olub.
Şikayət xarakterli müraciətin 477-si və ya 97,7 %-nin icrası təmin edilib, o cümlədən 400-ü və ya 83,9 %-i tam həll olunub, 77-si şikayət və ya 16,1-i % müvafiq izahat verilərək həll edilib, 11 -i və ya 2,3 %-nin həlli icraatdadır.
Aprel ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 196-sı və ya 40,2 %-i su-kanalizasiya, 125-i və ya 25,6 %-i qaz təchizatı, 14-ü və ya 2,9 %-i elektrik enerjisi, 72- si və ya 14,8 %-i lift problemləri, 31-i və ya 6,4 %-i yolların yararsız olması, 9-u və ya 1,8 %-i istilik təchizatı, 7-si və ya 1,4 %-i zibil və tullantılar ilə əlaqədar, 34-ü və ya 7,8 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.
Xidmətə daxil olmuş təşəkkür müraciətlərinin sayı 18 olub.