Rayon ərazisində aprel ayı ərzində aparılmış abadlıq-quruculuq işləri
Binəqədi rayonu ərazisində 2014-cü ilin aprel ayı ərzində 403 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 291 p/m su xətti dəyişdirilib, 484 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb.
102 p/m kanalizasiya xətti dəyişdirilib, 3680 p/m kanalizasiya xətti simlə təmizlənib və 725 p/m kanalizasiya xətti maşınla təmizlənib.
Binəqədi Qaz İstismar Sahəsi ərazisində 5557 p/m qaz xətti çəkilib, 600 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda binaların istilik xəttində dik dayaqlarda 22 ədəd siyirtmə, 8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində 54 ədəd siyirtmə təmir edilib, Naxçıvani küçəsində 8 ədəd siyirtmə bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb, 4 ədəd siyirtmə dəyişdirilib, 19 ədəd təmir olunub, 6 m boru dəyişdirilib.
M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 14 ədəd ventil, 33 ədəd siyirtmə və aşağı paylama xəttində 12 m boru bərpa edilib, 6-cı mikrorayonda yaşayış binalarının istilik xəttində 4 m boru dəyişdirilib, 4 ədəd ventil təmir olunub.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb.
KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, KTM-233-də 400kv-luq transformator dəyişdirilib.
8 Mart küçəsində 2300 metr 10 kv-luq kabel xətti çəkilib.
Dərnəgül və Naxçıvani küçələrində 4 və 63 saylı binalara 420 m kabel xətti çəkilib.
9-cu mikrorayonda və Z.Əliyeva adına parkda yarasız 89 ədəd lampa, 110 m yanmış kabel, Biləcəridə və Binəqədidə 60 ədəd yararsız lampa, 85 m yanmış kabel, 6-cı mikrorayonda 8 ədəd yararsız lampa, 35 m yanmış kabel, 7-ci mikrorayonda 25 ədəd yararsız lampa, 40 m yanmış kabel, 8-ci mikrorayonda 22 ədəd yararsız lampa, 45 m yanmış kabel, Sulutəpə yaşayış sahəsində 40 m yanmış kabel və 16 ədəd yararsız lampalar dəyişdirilib.
Azadlıq prospektində 2900 ədəd gül əkilib. 13 binanın fasadında əsaslı təmir işləri davam etdirilir. Yaşayış binalarının 22 girişində təmir işləri aparılır. 6 binada 2300 kv.m yumşaq dam örtüyü təmir edilib. 8-ci mikrorayonda 5 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır. 5 binanın həyətində abadlıq işləri aparılır.
2 binanın həyətində əhalinin kütləvi tədbirlər evinin yenidən qurulması işləri davam etdirilir. 3 binanın liftləri təmir edilib.
Yollara 32985 kv.m asfalt örtüyü çəkilib.