Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Zamandan uca şəxsiyyət” adlı elmi-praktik konfrans keçirildi

06 may 2014 | 10:00

Binəqədi rayonunda Xalqımızın Ümummilli Lideri, müasir dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlərin davamı olaraq “Zamandan uca şəxsiyyət” adlı elmi-praktik konfrans keçirildi.
Mayın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Musa Urud və Elmira Axundova, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, Binəqədi Ziyalıları Cəmiyyətinin sədri Asəf Zamanov, cəmiyyətin üzvləri və YAP Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak etdilər.
Konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş və Ulu Öndərin xatirəsinə öz dərin ehtiramlarını bildirdilər.
Elmi-praktik konfransı giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açıq elan etdi. X.İsgəndərov çıxışında  Ümummilli liderimiz Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanın cəmiyyət və dövlət olaraq milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğunu qeyd edərək bu nəhəng simanın öz xidmətləri, nəcib əməlləri ilə xalqımızın qəlbində əbədilik qazandığını diqqətə çatdırdı. Natiq zəngin və mənalı həyatını xalqa xidmətdə keçirən, vətənini düşünən, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərən bir şəxsiyyətin tarixdə qalması, ürəklərdə əbədiyaşarlıq simvoluna çevrilməsinin labüd olduğunu vurğulayaraq,  Ulu öndər Heydər Əliyevin öz nəcib əməlləri ilə zamanın fövqündə dayanmağı bacaran dahi şəxsiyyət olduğunu bildirdi.
Konfransda çıxış edən millət vəkilləri Elmira Axundova, Musa Urud, Madər Musayev və Rafael Cəbrayılov, həmçinin Binəqədi Ziyalıları Cəmiyyətinin sədri Asəf Zamanov Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın uçurumun kəndarından xilas olduğunu deyərək Heydər Əliyev şəxsiyyətinin vətənini, xalqını sevən hər kəs üçün bütün zamanlarda örnək olduğunu bildirdilər.

Keçidlər