Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən 18 saylı Bakı Peşə Liseyində hərbi marş və andiçmə mərasimi keçirildi

08 may 2014 | 10:00

Binəqədi rayonunda müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayonda fəaliyyət göstərən 18 saylı Bakı Peşə Liseyində hərbi marş və təntənəli andiçmə mərasimi keçirildi.
Tədbir mayın 7-də 600 nəfərə yaxın şagirdlə yanaşı, valideynlər, müəllimlər və hərbçilərin iştirakı ilə baş tutmuşdur. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin RİH başçısı Aparatının məsul işçisi Seymur Hacıyev iştirak edib.
Hərbi marş və təntənəli andiçmə mərasimi Azərbaycan Respublikasının dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Rəsmi hissədə çıxış edən qonaqlar gənclərə vətənpərvərlik hissinin aşılanması, onlarda dövlətçiliyə sədaqət ruhunun formalaşdırılması baxımından belə tədbirlərin əhəmiyyətindən danışdılar. Tədbirdə fəal iştirakına görə bir qrup şagird liseyin fəxri fərmanı və döş nişanı ilə təltif olundular.
Tədbir lisey şagirdlərinin ifasında Ümummilli Liderin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdi.
Qonaqlar və tədbir iştirakçıları liseyin həyətyanı sahəsində tələbələrin əl işləri və rəsmlərinə baxış keçirib, eləcə də təhsil müəssisəsində yaradılmış müasir-texniki baza ilə tanış oldular.


 

Keçidlər