“Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verildi
7 may 2014-cü il tarixdə “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verildi.
25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi saat 10:30-da Dövlət Bayrağı Meydanından start götürdü. Sumqayıt şəhərində başa çatacaq yürüşün ümumi uzunluğu 154 km təşkil edəcək.
Yürüş iştirakçıları Binəqədi rayonunun 28 May, Sulutəpə qəsəbələri və Novxanı bağları massivindən keçiblər. Bu mötəbər yarışla əlaqədar həmin ərazilərdə abadlıq-quruculuq işləri gücləndirilmiş, xüsusi tərtibat işləri həyata keçirilib. Rayonun idmansevər və fəal gəncləri yürüş marşurutu boyu veloyürüş iştirakçılarına dəstək nümayiş etdirdilər.
Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.