Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğalından 22 il ötür

09 may 2014 | 10:00

Mayın 8-də 244 nömrəli tam orta məktəbdə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi.
Tədbir  vətən uğrunda şəhid olmuş igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutlə yad edilməsi ilə başladı.
Təşkil olunmuş tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının səhnələşdirdiyi “Ağ qayıq” tamaşası nümayiş etdirildi.
Giriş sözü ilə çıxış edən teatrın əməkdaşı və əsərin müəllifi Elnurə Abdullayeva doğma vətənimizə təcavüz etmiş mənfur ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən vəhşiliklərdən danışdı.

Keçidlər