Rayon məktəbliləri Heydər Əliyev Mərkəzini ziyarət etdi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 40 nəfərlik heyəti mayın 8-də Heydər Əliyev Mərkəzini ziyarət etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD-nin inzibati ərazisinə daxil olan 30, 144, 157, 246 və 267 saylı məktəbin şagird və müəllimləri ilk olaraq, Mərkəzdə Heydər Əliyev muzeyi ilə yaxından tanış oldular.
Ziyarətçilər Ümummilli Liderin həyat və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə etdilər, daha sonra isə Mərkəzdə yerləşən Azərbaycan İnciləri müzeyi ilə tanış oldular. Altı bölmədən ibarət olan müzeydə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən eksponatlar, milli geyimlər, xalı növləri, musiqi alətləri və s. haqqında geniş məlumat verildi.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqda Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin bir qrup nümayəndəsi də iştirak etdi.