Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş intellektual yarış keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilati, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı Hərbi hissəsində əsgərlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirildi.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı Hərbi hissəsinin komandir müavini Zabil Əliyev, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və gənc partiya fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə FHN Mülki Müdafiə Qoşunlarının N saylı Hərbi hissəsinin komandir müavini Zabil Əliyev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilsiz işlərdən danışdı və Heydər Əliyevin irsinin daim öyrənilməsinin vacibliyini vurğuladı. O “Nə? Harada? Nə zaman?” intellektual yarışının təşkilatçılarına öz minnətdarlığını bildirdi.
YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov 8 may 1992-ci ildə Şuşanın işğalının 22-ci ildönümündən danışaraq Şuşanın hər bir vətəndaşın xatirində olduğunu və gec-tez Azərbaycan vətəndaşlarının əzəli torpaqlarına qayıdacaqlarını qeyd etdi. Qabil Qafarov ulu öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan qurtardığını və onun əsasının qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Heydər Əliyevin Azərbaycan və Azərbaycan gəncliyi üçün gördüyü işlərdən danışdı.
Sonra hərbi hissənin əsgərləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirildi və yarışmanın qalibləri təşkilatçılar tərəfindən fəxri diplomlarla mükafatlandırıldı.