Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan “Azərbaycan səninlədir, sənsiz deyil” adlı IV yaradıcılıq müsabiqəsi keçirildi

16 may 2014 | 10:00

Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan “Azərbaycan səninlədir, sənsiz deyil” adlı IV yaradıcılıq müsabiqəsinə yekun vuruldu.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müsabiqə rayonda yaşayan yaradıcı uşaqların aşkar olunmasına, eləcə də istedadlı gənclərə dövlət qayğısının artırılması və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə əlverişli şərait yaradır.
Rayon İcra Hakimiyyətinin “Binəqədi - gənclər rayonu” layihəsi çərçivəsində Rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi uşaqlar arasında keçirilən “Azərbaycan səninlədir, sənsiz deyil” adlı IV yaradıcılıq müsabiqəsi iştirakçıların Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı.
Müsabiqənin rayon mərhələsinin yekun tədbirində iştirak edən bədii qiraət, rəqs, xalq mahnıları, çalğı alətlərində ifa nominasiyaları üzrə laureat adını alan 122 nəfər uşaq, yeniyetmə və gəncin bir-birindən maraqlı çıxışları və ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Müsabiqədə iştirak edən uşaqlar rayonun 32 orta ümumtəhsil və musiqi məktəblərindən, uşaq-gənclər yaradıcılıq mərkəzlərindən  seçilmişdir. Müsabiqə iki mərhələdə - ədəbi-bədii və elmi-texniki layihələr üzrə keçirilib. Ədəbi-bədii layihələr üzrə-iştirakçıların  bədii qiraət, rəsm çəkmək, milli rəqslərimizin ifası, müxtəlif müsiqili çalğı alətlərində ifa qabiliyyətinə diqqət yetirilmişdir. Elmi-texniki layihələr üzrə isə gənclərin aviomodel, raket modeli, gəmi modelçiliyi, radiotexnika və sair sahələrdə bacarıqları nümayiş olunmuşdur.
Rayon icra strukturlarının rəhbərləri, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışdı. Natiq rayonun istedadlı yeniyetmə və gənclərinin iştirakı ilə keçirilən yaradıcılıq müsabiqəsinin əhəmiyyət daşıdığını bildirdi.
Tədbirin yekununda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və onun inkişaf etdirilməsi üçün gördüyü misilsiz işlərdən və apardığı uğurlu islahatlardan danışdı. O, Heydər Əliyevin ölməz ideyalarının mədəniyyətimizin inkişafında güclü və yeni stimul yaratdığını bildirdi. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti dünyada daha geniş tanınmağa və təbliğ olunmağa başlamış, incəsənətin ayrı-ayrı sahələrinin tərəqqisinə xidmət göstərən dövlət proqramları qəbul olunmuşdur.  X.İsgəndərov müsabiqənin keçirilməsində əsas məqsədin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, ulu öndərin azərbaycançılıq məfkurəsinin yeniyetmələr arasında geniş təbliğ edilməsi, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması və onlara dövlət qayğısının artırılması, eləcə də onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması olduğunu vurğuladı.

Keçidlər