Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbə sakinləri ilə görüşdü

17 may 2014 | 10:00

2014-cü il mayın 16-da Biləcəri qəsəbəsindəki Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 248 nəfər qəsəbə  sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra qəsəbə sakinlərindən Qasım Əsgərov,  Sara Bəşirova, Aybəniz Orucova, Məlahət Səfərova, Hidayət Əliyev, Nəriman Hüseynov, Cəmil Əliyev, Qoşqar Bağırov və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə  tapşırıqlar verdi.

Keçidlər