Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirildi

24 may 2014 | 10:00

23 may tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının sədri Aytac Əliyeva və Qadınlar Şurası İdarə Heyətinin üzvləri iştirak etdilər.
İclasda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Qadınlar Şurasının yeni tərkibində təmsil olunanları təbrik etdi, onlara fəaliyyətlərində uğurlara arzuladı. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun YAP Qadınlar Şurasının fəaliyyətinə böyük önəm verdiyini vurğuladı. 
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının sədri Aytac Əliyeva Azərbaycanda həyata keçirilən kadr islahatlarında qadınlara xüsusi diqqət ayrıldığını  qeyd etdi. A.Əliyeva vurğuladı ki, bu gün qadın siyasəti dövlət başçısı İlham Əliyev üçün prioritet istiqamətləridən birini təşkil edir və Azərbaycan qadını bunu gündəlik həyatında, fəaliyyətində hiss edir.
İclasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvü Aygün Əliyeva bildirdi ki, müstəqil Azərbaycanda qadınlarla bağlı dövlət siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. YAP Qadınlar Şurasının fəaliyyətinə, istənilən sosial layihələrin həyata keçirilməsində Binəqədi Rayon İcra Hakimiyyətinin lazımi dəstək verməyə hazır olduğunu qeyd etdi.
Sonra iclasda YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurası İdarə Heyəti tərəfindən qarşıda duran vəzifələr və tədbirlər planı müzakirə olundu, təkliflər səsləndirildi. İrəli sürülən təkliflərin tədbirlər planına əlavə edilərək qrafikə uyğun  həyata keçirilməsi qərara alındı.

Keçidlər