Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Azərbaycan səninlədir, sənsiz deyil” adlı festivalın laureatları mükafatlandırıldılar

25 may 2014 | 10:00

Mayın 24-də Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Azərbaycan səninlədir, sənsiz deyil” adlı dördüncü yaradıcılıq festivalının qaliblərinin mükafatlandırma mərasimi oldu.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Qabil Qafarov və Rayon Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov iştirak etmişlər. Müsabiqənin qalibləri mükafatlandırıldı, onlara diplomlar təqdim olundu.
Tədbirin sonunda laureatlar Binəqədi Rayon Heydər Əliyev adına istirahət parkında konsert proqramı ilə çıxış etdilər.

Keçidlər