Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında akademik Vasim Məmmədəliyevlə görüş keçirildi

28 may 2014 | 10:00

27 may tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin akademik Vasim Məmmədəliyevlə “Gənclik, Müasirlik və İslam” mövzusunda görüşü keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, şərqşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vasim Məmmədəliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və ərazi ilk partiya təşkilatlarından olan gənclər iştirak etdilər.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək “Gənclik, Müasirlik və İslam” mövzusunda keçirilən tədbirin əlamətdar bir gün - 28 may Respublika günü ərəfəsində keçirildiyini qeyd etdi. Ramiz Göyüşov akademik Vasim Məmmədəliyevin xidmətləri haqda məlumat verərək, tanınmış alimin bir çox mövzularda onlarla əsərin müəllifi olduğunu, İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”-i tərcümə edən şəxslərdən biri olduğunu bildirdi.
Akademik Vasim Məmmədəliyev gənclərlə görüşün təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirdi. O, Azərbaycan gəncliyinin milli, dini dəyərləri mühafizə edərək inkişaf etməsi və Azərbaycan Respublikasında mövcud olan tolerantlıq mühiti haqda danışdı. Vasim Məmmədəliyev hazırda ölkənin inkişaf etməsinin ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davamının nəticəsinin olduğunu qeyd etdi. O gənclərin ictimai-siyasi cəhətdən fəal olmalarının, vətəni qorumağın, onların Azərbaycanın davamlı inkişaflı naminə daim çalışmalarının vacibliyini bildirirək savadlı gəncliyin uğurlu bir gələcək olduğunu vurğuladı.
Tədbir gənclərin akademik Vasim Məmmədəliyevə müxtəlif məsələləri əhatə edən mövzularda suallar verməsi ilə davam etdi. Gənclər tanınmış dinşünas alimə onları maraqlandıran müasirlik və din, İslamda əxlaq, İslamda məzhəblər, İslam və digər dinlərarası münasibət, gəncliyin milli-mənəvi dəyərləri qoruyaraq inkişaf etməsi kimi mövzularında suallarını ünvandılar.

Keçidlər