Şriftin ölçüsü :

Saytın rəngi :

"Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda tədbir keçirildi

31 may 2014 | 10:00

30 may 2014-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi  Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda tədbir keçirildi.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı.
Sonra, Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusu ətrafında çıxış etdi.
Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat , tibb  və təşkilat sektorunun müdiri Mənsur Piriyev, Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının həkimi İradə Səfərova və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlığı ilə əlaqədar görülən işlər barədə hesabatla çıxış etdilər.
Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görülməsi, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi işinin təşkilinin birinci və əsas məsələ olduğunu xüsusi ilə qeyd etdilər.

Keçidlər