Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar silsilə tədbirlər keçirildi

02 iyun 2014 | 10:00

Binəqədi rayonunda1 iyun - uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar bir sıra tədbirlər keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayonun Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə iyunun 1-də gerçəkləşən tədbirdə sağlamlığında məhdudiyyət olan 100-ə yaxın uşaq və yeniyetmələrlə birgə sağlam uşaqlar da iştirak etdi.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva giriş sözü ilə açdı. A.Əliyeva uşaqlara göstərilən dövlət qayğısından bəhs etdi və bu qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi səciyyələndirdi. O, gələcəyimiz olan uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olanların daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyindən danışdı. Natiq uşaqların fiziki və mənəvi sağlamlığının cəmiyyətin gələcək inkişafında müəyyənedici amillərdən biri olduğunu vurğuladı.
“Bərabərlik” adlı musiqili-əyləncəli tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan uşaqlarla sağlam uşaqların bərabər olması fikrini cəmiyyətə aşılamaqdır. AF Hotel əyləncə mərkəzində nağıl qəhrəmanları, tanınmış incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramı nümayiş etdirildi.
Sonda uşaqlara hədiyyələr təqdim olundu.
İyunun 1-də Heydər Əliyev adına istirahət parkında keçirilən tədbirdə ilk öncə iştirakçılara və qonaqlara 1 iyun - uşaqların Beynəlxalq Müdafiəsi Günü barədə məlumat verildi. Daha sonra tədbirdə “Aysland sevinci” şou proqramlı, musiqili-əyləncəli uşaq şənliyi nümayiş etdirildi.
Rayonun Zərifə Əliyeva adına istirahət parkında davam edən tədbir 266 və 153 saylı uşaq bağçalarının təqdimatında musiqili-əyləncəli proqram nümayiş etdirildi. Sehrbazlar və klounların nümayiş etdirdiyi əyləncəli oyunlar və maraqlı nömrələr uşaqlar tərəfindən böyük maraqla qarşılandı. Konsert ərzində gənc rəssam Surxay Nadirzadəni asfaltüstü rəsm nümunələri iştirakçıların marağına səbəb oldu.

Keçidlər