Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin mayında daxil olan müraciətlər

03 iyun 2014 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Belə ki, ötən il 1646 telefon nömrəsinə daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir.
2014-cü ilin may ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olmuş zənglərin sayı 2744, cavablandırılmış zənglərin sayı 2601, birbaşa cavablandırılmış zənglərin sayı 2159,  yaradılmış əks əlaqələrin sayı 675, 1 operator üzrə zənglərin orta sayı 87, tərtib edilmiş şikayət vərəqələrinin sayı 442 olub. İcraçılıq səviyyəsi  97,1 %, xidmət səviyyəsi 96,8 % olub.
Şikayət xarakterli müraciətin 429-u və ya 97,1 %-nin icrası təmin edilib, o cümlədən 374 -ü və ya 87,2 %-i tam həll olunub, 3-ü və ya 0,7 %-i qismən həll edilib, 52- si və ya 12,1 %-nə müvafiq izahat verilərək həll edilib, 13-ü və ya 2,9 %-nin həlli icraatdadır.
May ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 284-ü və ya 64,3 %-i su-kanalizasiya, 64-ü və ya 14,2 %-i lift problemləri, 24-ü və ya 5,3 %-i qaz təchizatı, 24-ü və ya 5,5 %-i sakinləri narahat edən digər məsələlər, 23-ü və ya 5,3 %-i zibil və tullantılar ilə əlaqədar, 12-si və ya 2,8 %-i elektrik enerjisi, 11-i və ya 2,6 %-i yolların yararsız olması ilə əlaqədar olub.
Xidmətə ay ərzində 14 təşəkkür müraciəti daxil olub.

Keçidlər