Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində may ayı ərzində aparılmış abadlıq-quruculuq işləri

04 iyun 2014 | 10:00

Binəqədi rayonu ərazisində 2014-cü ilin may ayı ərzində 367 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 365 p/m su xətti dəyişdirilib, 617 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb. 4915 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində ay ərzində ümumilikdə 5618 p/m qaz xətti çəkilib, 399 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda binaların istilik xəttində 160 m boru, 6 ədəd siyirtmə dəyişdirilib, 8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində 19 m boru və 28 ədəd siyirtmə təmir edilib.      
M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 53 ədəd ventil,  8 ədəd siyirtmə dəyişdirilib, 42 ədəd siyirtmə təmir edilib və aşağı paylama xəttində 56 m boru bərpa edilib.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.  
TM-9-da 1 ədəd 630 kv-luq transformator, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib.
KTM-840-da təmir işləri aparılıb. KTM-233-də 400kv-luq transformator dəyişdirilib.
9-cu mikrorayonda və Z.Əliyeva adına parkda yarasız 81 ədəd lampa, 24 ədəd drossel, 80 m yanmış kabel, Biləcəri və Binəqədi qəsəbələrində 43 ədəd yararsız lampa, 20 ədəd drossel, 80 m yanmış kabel, 6-cı mikrorayonda 22 ədəd yararsız lampa, 8 ədəd drossel, 45 m yanmış kabel, 7-ci mikrorayonda 22 ədəd yararsız lampa, 10 ədəd drossel, 45 m yanmış kabel, 8-ci mikrorayonda 22 ədəd yararsız lampa, 8 ədəd drossel, 70 m yanmış kabel, Sulutəpə yaşayış sahəsində 35 m yanmış kabel, 14 ədəd yararsız lampa, 12 ədəd drossel dəyişdirilib.
759-TM-də 1 ədəd 1600A baş ayrıc quraşdırılıb. 820-682 saylı TM-lər arası 4800 m 10 kv-luq kabel xətti çəkilib. Xutor yaşayış sahəsində 1126 saylı TM-də SİP xətləri çəkilir. Davudoğlu küçəsində 304 saylı TM-də yenidənqurma işləri tamamlanıb. TM 11 və TM-9-da tamamlama işləri başa çatdırılıb.
21 binanın fasadında əsaslı təmir işləri davam etdirilir. 21 yaşayış binalarının  girişində təmir işləri aparılır. 1 binada 2155 kv m yumşaq dam örtüyü təmir edilib. Azadlıq prospektində  2900 ədəd gül əkilib.
8-ci mikrorayonda 4 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
1 binanın həyətində abadlıq işləri aparılır, 1 binanın həyətində əhalinin kütləvi tədbirlər evinin yenidən qurulması işləri davam etdirilir, 3 binanın liftləri təmir edilib.
Küçələrə 21535 kv m asfalt örtüyü çəkilib.

Keçidlər