Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın üç rayonu üzrə birgə əmək yarmarkası Binəqədi rayonunda keçirildi

07 iyun 2014 | 10:00

İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət məşğulluq Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçirildi.
Əmək yarmarkasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev də iştirak etdilər.
        Aktiv məşğulluq tədbirində hər üç rayonun Məşğulluq Mərkəzlərinə təqdim olunmuş, əsasən qulluqçu və fəhlə peşələri üzrə ümumilikdə 392 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olundu. Vakant iş yerlərinin 43-ü özəl sektor olmaqla 49 müəssisəyə aid olmuşdur.
         Tədbir zamanı 320 nəfər işaxtaran vətəndaş müraciət etdi. İşaxtaranlardan 165 nəfərə münasib iş yerlərinə göndəriş verildi. Onlardan 35-i dövlət müəssisələri, 130-u özəl sektora aid olmaqla 47  yer qulluqçu,  118 yer xidmət sahələrini əhatə etdi.
         Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak etdi, işsiz və işaxtaran vətəndaşla onların birbaşa əlaqə imkanları yaradıldı.
Tədbirdə müvafiq rayonlarda, eləcə də Binəqədi rayonunda Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatına xüsusi diqqət yetirilmişdir. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakteli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparıldı.

Keçidlər