Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əlillərə dəstək konserti keçirildi

09 iyun 2014 | 10:00

İyunun 8-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı,  Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişklik” adlı layihə çərçivəsində “Fəaliyyət İncəsənətdə” adlı konsert proqramı təşkil olundu. Binəqədi rayonu Heydər Əliyev adına İstirahət parkında reallaşan konsert Gənclər və İdman Nazirliyinin, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı və “Prayd and Joy” şirkətinin dəstəyi ilə keçirildi. Layihənin məqsədi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına kömək etməkdir.
Konsert tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, AGAT-ın sədri Gülsel Səfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Konsertdə iştirak edən əlillər belə bir tədbirin keçirilməsinə görə razılıqlarını bildirdilər, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxsləri daim diqqətdə saxlanmasının və əlillərin cəmiyyətə inteqrasiyası üçün köməkliklər göstərilməsinin ənənə halını aldığını vurğuladılar.

Keçidlər