Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda abadlıq-quruculuq işləri davam etdirilir

11 iyun 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Binəqədi rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alaraq, rayonun simasını xeyli dəyişib.
Hal-hazırda Binəqədi rayonu ən çox abadlıq-bərpa, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir. Aparılan abadlıq-quruculuq işləri rayonun hər bir ərazisində olduğu kimi 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsindən də yan keçməyib. 6-cı mikrorayon ərazisində S.Məmmədova küçəsi boyunca “Nəsimi” metrostansiyasının üstü, Zərifə Əliyeva adına parkın  ətrafı tamamilə abadlaşdırılıb.
Həmin ərazidə 2980 kv metr qazon əkilib və avtomatik suvarma sistemi quraşdırılıb. 100 ədəd dekorativ ağac və 155 ədəd qızılgül kolları əkilib, 134 ədəd işıqlandırıcı və 56 ədəd spot quraşdırılıb.
Rayon ərazisində bu istiqamətdə müvafiq işlər davam etdirilməkdədir.

Keçidlər