Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olundu

10 iyun 2014 | 10:00

9 iyun 2014-cü il tarixində Binəqədi rayonunda müasir Azərbaycan tarixində əlamətdar günlərdən biri - 15 İyun Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olundu.
Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatşılığı ilə gerçəkləşdirilən tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Eldar İbrahimov, Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin iştirakı ilə keçirildi.
Rayonun Heydər Əliyev adına İstirahət Parkında açıq havada baş tutan bayram tədbiri Natiq ritm qrupunun təqdim etdiyi musiqi nömrələri ilə başladı. Qonaqların və minlərlə rayon sakinin izlədiyi konsert respublikamızın tanınmış incəsənət usatalarının ifasında vətənpərvərliyi tərənnüm edən və şən əhval-ruhiyyəli mahnıların nümayişi ilə davam etdirildi.
Dövlət və cəmiyyət olaraq hər sahədə həyatımızda dönüş və xilas  günü kimi daxil olmuş Milli Qurtuluş Günü bayram konsertinə qardaş Türkiyənin “Anadolu atəşi” rəqs qrupunun ifası xüsusi rəng qatdı. Öz ifa tərzi və peşəkarlığı ilə şöhrət qazanmış, həmçinin ifasında Şərq və Qərb mədəniyyəti elementlərini özündə təcəssüm etdirən “Anadolu atəşi”nin bir-birindən gözəl rəqs nümunələrini tamaşaçılar böyük coşqu və atəşli alqışlarla qarşıladılar.
Vətənpərvər mahnıların ifaçısı əməkdar artist Azərinin ifasında səslənən və üçrəngli, ayulduzlu bayrağımızın dalğalanması ilə müşayiət olunan “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında bayram konserti atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər