9-cu mikrorayon ərazisində əhalinin səmərəli istirahəti üçün növbəti məhəllələrarası park salınır
Son iki il ərzində rayon ərazisində bir çox abad məhəllə yaradılıb. Bir çox binaların fasadları yenilənib, sakinlərin rahatlığı üçün kütləvi tədbir evləri inşa edilib, abadlıq işləri aparılıb.
Hal-hazırda 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 115 saylı binanın arxa hissəsində sakinlərin yüksək səviyyədə istirahətini təmin etmək üçün yeni məhəllələrarası park salınır. Parkda fontan daxil olmaqla bir sıra qurğular quraşdırılır. Yeni kollar və həmişəyaşıl ağaclar əkilir. Parkda əhalinin asudə vaxtının səmərəliliyinin təmin edilməsi məqsədilə oturacaqlar, uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılır.
Hazırda parkda abadlıq-tikinti işləri davam etdirilir.