Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər davam edir

13 iyun 2014 | 10:00

12 iyun tarixində Binəqədi rayonunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlərin davamı olaraq 9-cu mikrorayon Adil Məmmədov küçəsində yerləşən parkda konsert proqramı təşkil olundu.
Yüzlərlə rayon sakininin iştirakı ilə keçirilən tədbirdə müğənnilərin və istedadlı gənclərin ifasında bir-birindən gözəl musiqi parçaları səsləndirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsert proqramında təqdim olunan xalq musiqisi nümunələri, vətənpərvərlik mahnıları və zövqoxşayan əyləncəli musiqi parçaları sakinlərdə əsl bayram əhval-ruhiyyəsi yaratdı.

Keçidlər