Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Şura iclasında

31 oktyabr 2012 | 11:00

2012-ci il oktyabrın 30-daBinəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirildi.
Şuranın əsas məqsədi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaq, ictimai əhəmiyyətli problemlərin həllində qeyri-hökümət təşkilatlarının rolunu artırmaqdır.
İclasda rayon ərazisində fəaliyyət göstərən ictimai birlik və qeyri-hökümət təşkilatları ilə görülən işlərin vəziyyəti və bu işin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müzakirə olundu.
Rayonda fəaliyyət göstərən ictimai birlik və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən Şura iclasını giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov rayonda fəaliyyət göstərən ictimai birlik və qeyri-hökümət təşkilatları ilə işin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qurulduğunu qeyd etdi. Əsas məqsədin rayonun ictimai-mədəni və sosial-iqtisadi həyatında onların imkanlarından səmərəli istifadə etmək olduğunu bildirdi.
İclasda çıxış edən İnformasiya təminatı və təhlil sektorunun müdiri Yəhya Əliyev Binəqədi rayonunda fəaliyyət göstərən ictimai birlik və qeyri-hökümət təşkilatları ilə görülən işlərin vəziyyəti və bu işin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında arayışla çıxış etdi.
Daha sonra cıxış edənlər – “Həsrət Yolu” Əsir və Girovlara İctimai Birliyinin sədri Esmira Orucova , “Böyük Vətən Müharibəsi, Əmək, Silahlı Qüvvələri və Hüquq Mühafizə Orqanları Orqanları” Rayon Veteranları Şurasının sədri Telman Hətəmov, Respublika Uşaq Fondunun rayon şöbəsinin sədri Esmiralda Rəhimova və digərləri sədrləri olduqları ictimai birliklərin fəaliyyətləri haqqında məlumat verdilər.
Sonda təkliflər də nəzərə alınmaqla iclasın qərar layihəsi oxunuldu.
 

Keçidlər