Binəqədi rayonunun səhiyyə işçisi “Əməkdar həkim” fəxri adına layiq görüldü
Ölkəmizdə bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə də davamlı dövlət qayğısı göstərilir. Bu həm səhiyyə müəssisələrinin, sağlamlıq və diaqnostika mərkəzlərinin yaradılması, yenidən qurulması və bərpasında, həm də həkimlik kimi şərəfli peşəyə həsr edən şəxslərin əməyini qiymətləndirilməsində özünü göstərir.
Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə dövlətimizin başçısı cənab İlham Əliyevin iyunun 16-da imzaladığı Sərəncamla sağlamlığımızın keşiyində dayanan bir qrup səhiyyə işçisi fəxri adlara layiq görüldü.
Binəqədi rayonunda yerləşən Ə.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının şöbə müdiri Pəri Abbasova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görüldü. Göstərilən diqqət, bu şərəfli və məsuliyyətli yolun yolçusu olmağı özlərinə peşə seçmiş şəxslər üçün güclü stimul yaradır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Pəri Abbasovanı qəbul edərək ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə olan xüsusi diqqətini vurğuladı və “Əməkdar həkim” fəxri adına layiq görülməsi münasibətilə təbrik etdi.