Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yolların yenidənqurulması sürətlə davam etdirilir

14 iyun 2014 | 10:00

Biləcəri-Xocasən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması işləri sürətlə davam etdirilir.
Eni 10 metr olan 2 hərəkət zolaqlı yol 8 hərəkət zolağına uyğun yenidən qurulur.
Hər tərəfdə eni 1m. olan çiyinlər və ayrıcı zolaq nəzərdə tutulan yolun eni 34m. təşkil edəcək. Yol boyu 2 avtobus dayanacağı, 2 dairəvi qovşaq salınacaq. Yolun 1,5 km. hissəsində torpaq yatağının və yol geyiminin əsasının tikintisi başa çatıb.
Hazırda əsasın üst layının bitumla emal edilmiş qara qırmadaşla tikintisi davam etdirilir. Dairəvi qovşaqlar da daxil olmaqla yol boyu bordürlərin quyulması, avtobus dayanacaqları olan sahələrdə səkilərin və müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, yol istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Quba yolunun 10-cu km-dən Xocasən, Sulutəpə istiqamətinə və əks istiqamətdə maneəsiz hərəkət edə biləcəklər.

Keçidlər